Bakıda “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənərək ölən 5 nəfərdən biri əslən Quba rayonundandır.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, zəhərlənmədən ölən Tural Sabəddin oğlu Səfərəliyev Quba rayonunun Rustov İnzibati Ərazi Dairəsinin Hacağalar kəndindəndir.
Fakt kənd icra nümayəndəliyindən təsdiq edilib.
Mərhumun Qubada dəfn edilib-edilməyəcəyi hələlik məlum deyil.