İnterpolun axtardığı şəxslər Bakı aeroportunda tutuldular

17:21 - 07 İyun 2024

İnterpolun axtardığı şəxslər Bakı aeroportunda tutuldular

Bakıdakı hava limanında beynəlxalq axtarışa verilmiş iki nəfər tutulub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluğa görə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Sadıqov aeroport ərazisində saxlanılıb.

Bundan başqa, Ukrayna Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü İsmət İbrahimov da Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində polislər tərəfindən saxlanılıb.

Onlar Hava Nəqliyyatında Polis İdarəsinə təhvil veriliblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az