Bu gün ötən il uğur qazana bilməyən müəllimlər təkrar sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat yayıb.
Bildirilib ki, təkrar sertifikatlaşdırmaya cəlb edilən müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilirlər. 2023-cü ildə təşkil edilmiş sertifikatlaşdırma prosesində uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif müəllimi bu il təlimlərə cəlb olunub.