Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və naməlum əsgər kimi dəfn olunan Fəqan Misir oğlu Yaqubovun meyitinin qalıqları Tərtər rayonuna gətirilib.
Manset.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Tərtər rayonunun Sarıcalı kəndində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Fəqan Misir oğlu Yaqubov 1992-ci il avqustun 8-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb. O, Sarıcalı kənd qəbiristanlığında torpağa tapşırılacaq