Ucarda lotereya oğrusu tutulub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində qeydə alınıb.
Oradakı köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlanıb.
Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Əli Salmanov polis əməkdaşları tərəfindən tutulub.
Onun yaşadığı evə baxış zamanı marixuana da aşkarlanaraq götürülüb.
Ə.Salmanov cekpot udmaq üçün lotereya oğurladığını deyib.