Naxçıvanda işə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanıldı

11:02 - 09 İyul 2024

Naxçıvanda işə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanıldı

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Manset.az-a DİN-dən bildirilib.

Qeyd edilib ki, faktlarla bağlı araşdırma aparılır.

“B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102” Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur”, - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az