Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası bitib.
Manset.az xəbər verir ki, iclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlər müəyyənləşib.
Məlumata görə, hakim partiya 125 seçki dairəsinin hamısından namizəd irəli sürüb.
****
11:06
Yeni Azərbaycan Partiyası 125 seçki dairəsi üzrə namizədlərini irəli sürəcək.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında bildirilib.
Qeyd edilib ki, partiya bütün dairələrdən namizədlərini irəli sürəcək.
***
10:26
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası başlayıb.
Manset.az xəbər verir ki, iclasda 2024-ci ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.