Paytaxtın 2 rayonunda qaz olmayacaq

10:14 - 08 Avqust 2024

Paytaxtın 2 rayonunda qaz olmayacaq

Binəqədi rayonunun 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nəsimi rayonunun M.Cəlal küçəsi 64 ünvanında isə siyirtmənin quraşdırılması məqsədi ilə 08.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


"Azəriqaz"dan Manset.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun A.S.Axundov, C.Xəndan, N.Nərimanov küçələrinin və Azadlıq prospektinin, Nəsimi rayonunun A.Məhərrəmov, Cavadxan, 20 Yanvar küçələrinin qaz təchizatında fasilə yaranacaqdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az