Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

22:30 - 20 Avqust 2024

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah saat 10:00-dan etibarən Nizami rayonu,  Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə “Masazır” QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək “Xaşa-Xuna” QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib. 

Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az