Saleh Məmmədov İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib - FOTOLAR

16:45 - 23 Avqust 2024

Saleh Məmmədov İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib - FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov İsmayıllıda vətəndaşları qəbul edib.

 

Manset.az agentliyə istinadən xəbər verir ki, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və İsmayıllı  rayon icra hakimiyyətinin başçısı  Nahid Bağırov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Daha sonra İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
 
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az