BŞTİ araşdırma apardı: Valideynin əkiz övladları məktəbə yerləşdirildi - VİDEO

18:44 - 23 Avqust 2024

BŞTİ araşdırma apardı: Valideynin əkiz övladları məktəbə yerləşdirildi - VİDEO

Övladlarının 212 nömrəli tam orta məktəbdən 45 nömrəli tam orta məktəbə yerdəyişməsi ilə əlaqədar Xəzər televiziyasına müraciət edən vətəndaş Xəyalə Səlimovanın məsələsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.  

 

Manset.az xəbər verir ki, qeyd olunan məsələ həllini tapıb, ümumi qaydalara uyğun olaraq vətəndaşın əkiz övladları eyni sinfə yerləşdirilib. 

Qeyd edək ki, məsələ ilə bağlı valideyn  tərəfindən BŞTİ-yə öncədən hər hansı müraciət daxil olmayıb.

Onu da qeyd edək ki, məktəb rəhbərliyinə vətəndaş müraciətlərinə daha həssas münasibət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Vətəndaş məmnuniyyətinin təmin olunması diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az