İxtisas seçimində hansı kolleclərin yerləri boş qalıb? - AÇIQLAMA (VİDEO)

10:07 - 31 Avqust 2024

İxtisas seçimində hansı kolleclərin yerləri boş qalıb? - AÇIQLAMA (VİDEO)

Bu gündən kolleclərin  boş qalan yerlərinə ixtisas seçimi başlayıb.

 

Manset.az Xəzər Xəbərə istinadən bildirir ki, DİM-in Mətbuatla İş və Kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib ki, 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin 1802 boş qalan yerlərində iştirak üçün yenidən müsabiqə elan olunub.

Xanlar Xanlarzadə bildirib ki, Ümumlikdə 10 min 930 plan yeri ayrılib. 10 min 575 nəfər birinci turdan kolleclərə qəbul olub. Qeydiyyat müddəti ərzində təqribən  1400 nəfər qeydiyyatdan  keçməyib. Bu isə  o deməkdir ki, onlar həmin ixtisasda təhsil almaqdan imtina ediblər.

9 illik  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi sentyabrın 3-dək davam edəcək. Boş qalan yerlərin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az