81 saylı İmişli seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər Milli Məclisə növbədənkənar keçirilən seçkilərdə səs verib.
Manset.az xəbər verir ki, 1912-ci il təvəllüdlü Məmmədova Cahan Həsən qızı rayonun Qaraqaşlı kənd sakinidir. 112 yaşlı seçici qeydiyyatda olduğu ərazi üzrə 29 saylı seçki məntəqəsində səs vermə hüququndan istifadə edib.