Bu bölgələrdə külək gücləndi - FAKTİKİ HAVA

18:15 - 02 Sentyabr 2024

Bu bölgələrdə külək gücləndi - FAKTİKİ HAVA

Sentyabrın 2-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

 

Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 17:30-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.

Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az