Bu küçədə hərəkət məhdudlaşdırılacaq

13:50 - 04 Sentyabr 2024

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

5 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Əsəd Əhmədov küçəsindən Heydər Hüseynov küçəsinə qədər olan hissədə (“Qələbə dairəsi”-dən 20 Yanvar dairəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Manset.az xəbər verir ki,  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az