Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Azərbaycan Milli Musiqi Günü ilə bağlı tədbir təşkil edilib.
Manset.az xəbər verir ki, tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor – müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə ilk öncə iştirakçılar foyedə Azərbaycan musiqisinə həsr edilmiş “Milli musiqimiz” adlı fotosərgi, kitab stendi və Azərbaycan musiqi alətlərindən ibarət kompozisiya ilə tanış olublar.
Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunun müavini Nadir Əlimirzəyev açaraq bildirib ki, 18 sentyabr Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günüdür. Milli musiqi mədəniyyətimiz öz inkişaf zirvəsinə görə məhz Üzeyir Hacıbəyliyə borcludur. O deyib ki, Üzeyir Hacıbəyli 1908-ci ildə tamaşaya qoyulan ilk operanın müəllifi kimi musiqi tarixinə düşüb. Sonra yeddi il ərzində dahi bəstəkar daha beş opera, üç operetta yaradıb.
N.Əlimirzəyev bildirib ki, 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü elan edilib. Bu gün dahi Üzeyir bəyin ruhu şaddır, çünki Azərbaycan musiqisi doğma Qarabağda, Şuşada səslənir. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il avqustun 22–23-də dost ölkəyə dövlət səfəri, imzalanan mühüm sənədlər münasibətlərimizin inkişafına təkan verib. O günlərdə tanınan özbək müğənnisi Fərrux Zakirov Azərbaycanın Xalq artisti, Polad Bülbüloğlu isə Özbəkistanın xalq artisti adına layiq görülüblər.
Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki ölkə arasında mövcud əlaqələrdən söz açaraq son zamanlarda bu əlaqələrin daha da möhkəmləndiyini və xüsusilə mədəniyyət sahəsindəki əlaqələrin inkişafında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin böyük rolunun olduğunu bildirib.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan” rəqs ansamblı milli rəqslərimizlə çıxış edib.
Sonda dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-cı ildə lentə alınmış “Arşın mal alan” filminin, Heydər Əliyev Fondunun layihəsi ilə rəngləndirilmiş və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindin özbək dilində subtitr əlavə olunmuş versiyası tamaşaçılara təqdim olunub.
Özbəkistanda Azərbaycan Milli Musiqisi Günü qeyd edildi - Fotolar
17:13 - 18 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
11 Noyabr 2026 - 19:21
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
11 Noyabr 2026 - 17:27
Biləcəridə 2 otaqlı studiya mənzillər üçün SON FÜRSƏTLƏR!
11 Noyabr 2026 - 18:07
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
11 Noyabr 2026 - 19:51
“Göy məsciddə keçirilən tədbir aşkar təxribatdır” - BƏYANAT
10 Noyabr 2026 - 23:17
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - VİDEO
11 Noyabr 2026 - 10:10
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
11 Noyabr 2026 - 09:33
Şöbə rəisi qəfil vəfat etdi - FOTO
11 Noyabr 2026 - 17:23
Prezident xanımı ilə Liderlər Sammitində - YENİLƏNDİ (FOTOLAR/VİDEO)
10 Noyabr 2026 - 23:29
Məşhur aktyorların qazancları üzə çıxdı - Rəqəmlər heyrətləndirdi
11 Noyabr 2026 - 00:30
"Yuventus" 3 mövqeyə transfer edəcək
11 Noyabr 2026 - 16:21
Zəngəzur dəhlizi nə vaxt açılacaq? - Türkiyəli nazir açıqladı
11 Noyabr 2026 - 01:30
Qəhvə Alzaymer xəstəliyi riskini azaldır?
Xəbər xətti
- 11 Noyabr 2026
- 22:23 İspaniyada ümumi tətil keçirilir
- 22:06 "Neftçi" Yunanıstan klubuna qalib gəldi
- 21:43 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı - FOTO
- 21:21 Əməkdar artist vəfat etdi - FOTO
- 21:08 Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ÖLDÜ
- 20:43 Samuxda ağır tonnajlı yük maşını yandı - VİDEO
- 20:22 DQİDK-dən Göy məscidlə bağlı BƏYANAT
- 20:09 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda - FOTOLAR
- 19:51 “Göy məsciddə keçirilən tədbir aşkar təxribatdır” - BƏYANAT
- 19:37 Gəncədə “TIR” sərnişin avtobusuna çırpıldı - FOTO
- 19:21 Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
- 19:02 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
- 18:49 Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb
- 18:31 Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı PAYLAŞIM
- 18:22 Paşinyan Ərdoğan və Pezeşkianla görüşdü
- 18:07 İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
- 18:02 Pakistanda silahlı hücum - 10 polis həlak oldu
- 17:57 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edildi
- 17:50 72 nəfər qanunsuz olaraq işdən çıxarılıb
- 17:44 "Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir" - Vüqar Rəhimzadə
- 17:43 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
- 17:35 Astarada mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNDİ
- 17:27 Biləcəridə 2 otaqlı studiya mənzillər üçün SON FÜRSƏTLƏR!
- 17:23 Prezident xanımı ilə Liderlər Sammitində - YENİLƏNDİ (FOTOLAR/VİDEO)
- 17:14 Türkiyəli nazir Zəngəzur dəhlizinin regionun inkişafına təsirindən danışdı
- 17:12 Mina partlayışında xəsarət alan şəxsin son durumu açıqlandı
- 17:05 Yollarda görünüş məsafəsi məhdudlaşacaq
- 16:58 Məktəblər üçün texniki dəstək xətti açıldı
- 16:54 “Zəngəzur dəhlizi Türk dünyasına birbaşa bağlantı yaradacaq” - Abdulkadir Uraloğlu
- 16:50 Sabiq rəis bu xəstəxanaya direktor təyin edildi
- 16:42 ADY-nin tranzit yükdaşımaları 6,5 milyon tonu keçdi
- 16:33 Dövlət Yol Polisinin adından fişinq hücumları ilə bağlı AÇIQLAMA
- 16:27 Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 16:24 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - VİDEO
- 16:21 Zəngəzur dəhlizi nə vaxt açılacaq? - Türkiyəli nazir açıqladı
- 16:09 Millimiz 7 top buraxıb uduzdu
- 16:00 Yük daşıyıcıları ƏDV və mənfəət vergisi yükündən azad ola biləcək
- 15:56 Avtomobili piyadaların üzərinə sürdü - 3 nəfər öldü
- 15:53 “AzParking” sürücülərə müraciət etdi
- 15:43 Ebola epidemiyası 5 387 nəfərin həyatına son qoydu
- 15:40 Alman ordusunda SKANDAL - Qadın əsgərlərin 60 faizi cinsi təqibə məruz qalır
- 15:38 Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
- 15:36 ABŞ Polşada daimi hərbi baza yaratmağa razılıq verdi
- 15:30 Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi
- 15:28 İtaliyada 100-dən çox məktəbdə bomba siqnalı
- 15:18 Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? - VİDEO
- 15:15 Əbu-Dabidə üçtərəfli görüş başa çatdı - YENİLƏNDİ
- 15:07 Ərdoğan Azərbaycana təşəkkür etdi
- 14:56 Əliyevlə Ərdoğanın səmimi anları - FOTOLAR
- 14:44 Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrıldı
- 14:36 Traktor minaya düşdü - Xəsarət alan var