Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbovun səhhətində problem yaranıb.
Manset.az Qaynarinfo-ya istinadla xəbər verir ki, H.Abutalıbov səhhətində yaranan problemə görə, Almaniyaya aparılıb.
Məsələ ilə bağlı Qaynarinfo H.Abutalıbovla əlaqə saxlayıb və o, Almaniyada müalicə olunmaq üçün getdiyini təsdiqləyib: "Səhhətimlə bağlı Almaniyada müayinələrə gəlmişəm. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Yaxın günlərdə Bakıya qayıdacam”.