Hüseyn Əsgərov işdən çıxarıldı

15:06 - 08 Yanvar 2025

Hüseyn Əsgərov işdən çıxarıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az