“Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur. Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu. “Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq.”
“Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir” - Kamaləddin Qafarov
15:40 - 10 Yanvar 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
14 Avqust 2026 - 21:24
"İnsanlar rahat yata bilərlər" - Qurban Yetirmişli
14 Avqust 2026 - 16:16
General leytenant komandan vəzifəsindən azad olundu
14 Avqust 2026 - 23:58
"Sea Breeze"də ayağı su nasosunda qalan azyaşlı öldü - YENİLƏNİB
14 Avqust 2026 - 21:04
Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
15 Avqust 2026 - 01:30
Dəfnə yarpağı oynaqlardakı ağrını azaldır?
14 Avqust 2026 - 21:58
Bakıda 32 yaşlı kişi küçədə öldü
14 Avqust 2026 - 22:32
Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır - FOTO
15 Avqust 2026 - 00:30
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
15 Avqust 2026 - 09:22
"Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
14 Avqust 2026 - 23:42
Şamaxıda kişi həyətində ölü tapıldı
14 Avqust 2026 - 23:21
Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
14 Avqust 2026 - 21:46
"Turan Tovuz" qələbə qazandı
Xəbər xətti
- 15 Avqust 2026
- 14:51 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 14:34 Elektrik naqili qollarına dolandı - "Tok" vurub öldürdü
- 14:14 Azərbaycanda AĞIR QƏZA - Ölən var
- 13:59 10 kq narkotik dövriyyədən çıxarıldı
- 13:50 Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA
- 13:32 Bazar günü hava necə olacaq?
- 13:15 Xaçmazda bir gündə 2 ata övladını bıçaqladı
- 12:48 Zubir “Qarabağ”dan ayrıldı
- 12:23 Masallıda əməliyyat keçirildi - 9 kq narkotik aşkarlandı
- 12:15 Tbilisidə güclü yağış: Küçələri su basdı - VİDEO
- 12:05 Bakıda yük maşınında olan alçıpanlar "Hyundai"ın üzərinə aşdı - VİDEO
- 11:28 Bu rayonlara yağış yağır
- 11:03 Qanunsuz saxlanılan silahlar aşkar edildi
- 10:42 Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - VİDEO
- 10:20 Neftimiz bu gün neçəyə satılır?
- 09:58 Çimərliklərə gedənlərə XƏBƏRDARLIQ
- 09:37 Bu gün 2 görüş var - Misli Premyer Liqası
- 09:22 "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırıldı
- 09:01 Manatın dövriyyəyə buraxılmasından 34 il keçir
- 08:30 Qazlı su arıqlamağa kömək edir?
- 08:00 Ünsiyyətdən sonra tək qalmaq istəyi nəyi göstərir? - Psixoloqlar izah edir
- 01:30 Dəfnə yarpağı oynaqlardakı ağrını azaldır?
- 00:30 "Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
- 14 Avqust 2026
- 23:58 "Sea Breeze"də ayağı su nasosunda qalan azyaşlı öldü - YENİLƏNİB
- 23:42 Şamaxıda kişi həyətində ölü tapıldı
- 23:21 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 23:03 Güclü yağış Tbilisidə bir sıra problemlər yaratdı
- 22:32 Böyükşor gölü yaşıl rəngə boyandı - Analizlər aparılır - FOTO
- 22:16 Naxçıvanın maliyyəsində yeni dövr başlayır - Detallar bu yazıda
- 21:58 Bakıda 32 yaşlı kişi küçədə öldü
- 21:46 "Turan Tovuz" qələbə qazandı
- 21:24 "İnsanlar rahat yata bilərlər" - Qurban Yetirmişli
- 21:04 Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
- 20:52 Peşə təhsili müəssisələrinə qəbul nəticələri AÇIQLANDI
- 20:31 Zəlzələdən sonra spirtli içkidən az istifadə etməyi xahiş etdilər
- 20:16 Yaşıllıqlara 39 mindən çox ziyan vuruldu
- 19:59 Kişi çayı gecikdiyi üçün hər şeyi sındırdı - Ağsuda kafedə DAVA
- 19:45 Azərbaycandan keçən 8 vaqon buğda Ermənistana göndəriləcək
- 19:21 Günəşdə güclü partlayışlar gözlənilir
- 19:01 Nazir Rövşən Fətullayevi müdir təyin etdi
- 18:43 Bakıda 9 marşrutun hərəkəti dəyişdirildi
- 18:27 Sumqayıtda kafe YANDI
- 18:12 Hazırda 18 yolda tıxac var - SİYAHI
- 17:56 Ermənistana daha 420 ton buğda göndərildi
- 17:40 Güclü yağışlar 8 nəfərin həyatına son qoydu
- 17:30 Nazir özünə köməkçi təyin etdi
- 17:29 16 il sonra ABŞ-də ilk - Eyni gündə 3 ölüm hökmü
- 17:20 İstirahət mərkəzində hovuzda 15 nəfər zəhərləndi
- 17:10 Sabah bu ərazilərdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 16:50 Xırdalan-Sumqayıt qatarları bərpa edilir
- 16:47 Təyyarənin pəri qopdu - Sərnişin pəncərədən çölə çıxdı