"Bu ərazidə partlayış səsi eşidə bilərsiniz" - MN məlumat yaydı

11:05 - 15 Yanvar 2025

\"Bu ərazidə partlayış səsi eşidə bilərsiniz\" - MN məlumat yaydı

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az