Tramp məşhur aktyorlara yüksək VƏZİFƏ VERDİ

08:50 - 17 Yanvar 2025

Tramp məşhur aktyorlara yüksək VƏZİFƏ VERDİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voight, Silvester Stallone və Mel Gibsona vəzifə verib.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

Tramp aktyorları Hollivuda xüsusi nümayəndə təyin etdiyini açıqlayıb.

“Qürur hissi ilə elan edirəm ki, Con Voight, Mel Gibson və Silvester Stallone mənim böyük, lakin çox problemli yerdə - Hollivudda (Kaliforniya) xüsusi elçilərim olacaqlar. Bu vəzifədə onlar Hollivudu <...> daha böyük, daha yaxşı və güclü etmək üçün çalışacaqlar”, - o qeyd edib.

Trampın sözlərinə görə, adları çəkilən aktyorlar Hollivudda onun “gözü və qulağı” olacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az