Astarada qəza - Əkiz bacılar xəstəxanalıq oldu

17:44 - 19 Yanvar 2025

Astarada qəza - Əkiz bacılar xəstəxanalıq oldu

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Telman kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəzada Astara rayonundan əkiz bacı olan 2006-cı il təvəllüdlü Zəhra və Fatimə Zamiq qızı Bayramovalar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəz Xəstəxanasına hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib, müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az