Xalq artisti Ənvər Həsənovun SON VƏZİYYƏTİ

20:55 - 19 Yanvar 2025

Xalq artisti Ənvər Həsənovun SON VƏZİYYƏTİ

Yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

 

***

18:05

 

Xalq artisti Ənvər Həsənov insult keçirib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür xəstəxanadadır:

“Yanvarın 9-da aparmışdıq xəstəxanaya. Özünü yaxşı hiss etmirdi. Cümə günü xəstəxanada insult keçirdi və daha da ağırlaşdı. İki gün reanimasiyayada qalandan sonra palataya köçürüldü. Müalicəsi davam etdirilir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az