Maşında sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

12:27 - 21 Yanvar 2025

Maşında sıxılı qalan sürücü belə xilas edildi - VİDEO

Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib.


Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən məlumata əsasən, hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az