Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

12:28 - 22 Yanvar 2025

Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

Qeyd edilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az