İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı Verdi

18:06 - 30 Noyabr 2021

İran səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı Verdi

İranın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Manşet.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində paylaşım edilib.

"İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması, bir neçə nəfərin şəhid olmasından dərin kədər hissi keçirir, dost və qardaş Azərbaycan dövlətinə və xalqına başsağlığı verir, şəhid olanların ailələri ilə həmdərd olduğunu bildirir”, - deyə paylaşımda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az