Məhkum həyat yoldaşına telefon keçirmək istədi - Yaxalandı

15:50 - 20 May 2025

Məhkum həyat yoldaşına telefon keçirmək istədi - Yaxalandı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.


Manset.az Penitensiar xidmətə istinadən xəbər verir ki, məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd “BM 222” markalı mobil telefon aparatı, 1 ədəd danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    xidmet.tv
    xidmet.tv