Mayın
26-da Azərbaycan Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə
bağlı söhbətlər” layihəsi çərçivəsində Xalq artisti Nazpəri Dostəliyeva ilə
görüş keçirilib.
Manset.az xəbər verir ki, ADU-nun rektoru,
akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, musiqiçi qonaqları
universitetdə görməkdən məmnun olduğunu bildirib.
Qeyd
olunub ki, “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində
tanınmış incəsənət nümayəndələri ilə keçirilən görüşlər müəllim və tələbələrin
musiqi zövqünün formalaşması və milli musiqimizin təbliği baxımından xüsusi əhəmiyyətə
malikdir.
Daha
sonra “Səda” musiqi ansamblının müşayəti ilə Xalq artisti Nazpəri Dostəliyeva səhnəyə
çıxıb və sevilən mahnılarını ifa edib.
Tədbir tələbələrin
sualları ilə davam edib.
Qeyd edək
ki, Xalq artisti Nazpəri Dostəliyeva böyük səhnədə ilk addımlarını 1996-cı ildə
atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub.
1998-ci
ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu
çıxıb.
Fransa
(Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam),
Norveç, Türkiyədə 2015-ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo
konsert edib. Kiprdə çıxışlar edib.
1999-cu
ildən bəstəkar-aranjımançı Siyavuş Kərimi ilə işləyir.
2001-ci
ildə isə Norveçin Oslo şəhərində və Skruk xoru ilə Norveçin bir çox şəhərlərində
konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə
layiq görülüb.