"Səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi" - Aparıcıdan təsirli PAYLAŞIM

13:42 - 07 İyun 2025

\"Səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi\" - Aparıcıdan təsirli PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Əməkdar jurnalist, tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün vəfat edib.


Manset.az-ın məlumatına görə, teleaparıcı atasının ölümü ilə bağlı instaqram hesabında paylaşım edib.

O, atasının dərddən xəstəlik tapdığını yazıb:

“Bu dünyadan bir kişi - adam kimi adam gəlib keçdi. Yurd həsrəti ilə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi. Mənimlə getmək istədi yurduna… Qırılmış qəlbim arzusunun reallaşmasına imkan vermədi. Bu fotoda yanında deyiləm deyə, indi çox üzgünəm. Bağışla, ata, məndən asılı olmayan səbəblərdən iki arzunu həyata keçirə bilmədim. Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin,  Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi...”

Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Aparıcı, həmçinin bir müddət əvvəl anası Ofeliya Baxşəliyevanı da itirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv