AzTV-nin bu studiyaları birləşdiriləcək

19:26 - 07 Aprel 2026

AzTV-nin bu studiyaları birləşdiriləcək

Azərbaycan Televiziyasının “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.

    “QSC daxilində film istehsal edən 3 komanda var – “Sabah”, “Telefilm” və “Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı “Telefilm” adı altında birləşəcək”, - məlumatda qeyd olunub.

    Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən “Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az