ADU-da İndoneziya səfiri ilə görüş keçirildi - FOTOLAR

17:17 - 09 Aprel 2026

ADU-da İndoneziya səfiri ilə görüş keçirildi - FOTOLAR
  • Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi ilə görüşüb.


Manset.az xəbər verir ki, rektor Kamal Abdulla qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edərək, ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzinin işindən bəhs edib. O bildirib ki, İndoneziya həm dövlət, həm də zəngin mədəniyyətə malik ölkə kimi müsəlman dünyasında xüsusi yer tutur. Universitetdə İndoneziya dili və mədəniyyətinin tədrisi, bu ölkənin tarixi və ənənələrinin öyrənilməsi tələbələr üçün mühüm əhəmiyyət kəsb edir.

Rektor qeyd edib ki, ADU-da İndoneziyaşünaslığın tarixi 2007-ci ildən başlayıb və bu istiqamətdə ötən dövrdə mühüm nailiyyətlər əldə olunub. Bildirilib ki, hazırda universitetdə multikulturalizm prinsipləri əsasında müxtəlif ölkələrin, o cümlədən İndoneziyanın mədəniyyətinin təbliği istiqamətində ardıcıl iş aparılır. Eyni zamanda, İndoneziyanın bir sıra texnoloji və humanitar universitetləri ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğu diqqətə çatdırılıb, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfir Berlian Helmi səmimi qəbula görə təşəkkürünü bildirərək, ADU-da İndoneziya dilinə və mədəniyyətinə göstərilən marağı yüksək qiymətləndirib. O, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və universitetlərarası əlaqələrin genişləndirilməsi üçün dəstək verməyə hazır olduğunu qeyd edib.

Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az