"Qalatasaray" "Liverpul"un iki ulduz futbolçusunu transfer etməyi planlaşdırır.
Manset.az Qol.az-a istiandən xəbər verir ki, Türkiyə təmsilçisi qarşıdan gələn yay transfer pəncərəsində Məhəmməd Salah və Vircil van Deyki heyətinə qatmaq üçün hərəkətə keçib.
Bildirilir ki, "sarı-qırmızılar" transfer xərclərini azaltmaq məqsədilə Macarıstan millisinin formasını geyinən 28 yaşlı cinah müdafiəçisi Roland Şallaini bu sövdələşməyə daxil edə bilər. Cari mövsümdə futbolçu bütün turnirlərdə 40 matçda iştirak edərək 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, daha əvvəl 33 yaşlı Salah mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb. 34 yaşlı van Deykin isə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.