Azərbaycanda bu xəstəxana sökülür: Həkimlər köçürüləcək - FOTO

23:32 - 28 Aprel 2026

Azərbaycanda bu xəstəxana sökülür: Həkimlər köçürüləcək - FOTO

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.


Manset.az Bakupost-a istinadən xəbər verir ki, daxil olan şikayətlər əsasında məsələyə baxılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Məlumata görə, ərazidə yeni xəstəxananın tikintisi planlaşdırıldığından sabahdan etibarən köçürülmə prosesi icra ediləcək.

Qeyd olunur ki, xəstəxananın poliklinika və laboratoriya şöbələri əvvəlki kimi ərazidəki yardımçı tikilidə fəaliyyətini davam etdirəcək.

Digər şöbələr isə aşağıdakı qaydada müxtəlif tibb müəssisələrinə köçürülür:

Şüa diaqnostikası, ginekologiya və doğum şöbəsi 1 nömrəli Şəhər Xəstəxanasına köçürülür.

Terapiya şöbəsi 4 nömrəli Şəhər Xəstəxanasında fəaliyyət göstərəcək.

Anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də cərrahiyyə şöbəsi TTTY xəstəxanasında fəaliyyətini davam etdirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az