Kardioloq Aurelio Roxas gündə cəmi bir yumurta qəbul etməyin orqanizmdə yaratdığı müsbət dəyişikliklərdən danışıb.
Manset.az-ın Baku.ws-ə istinadən məlumatına görə, mütəxəssis bildirib ki, yumurta antioksidantlar, A, D, E və K vitaminləri, eləcə də yüksək keyfiyyətli zülalla zəngin qida məhsuludur.
Onun sözlərinə görə, yumurtanın tərkibindəki zülal əzələ kütləsinin qorunmasına kömək edir. Bu isə yaş artdıqca fiziki sağlamlığın saxlanılması və sağlam qocalma baxımından mühüm rol oynayır.
Kardioloq əlavə edib ki, yumurtanın müntəzəm və balanslı qidalanmanın tərkib hissəsi kimi istehlakı ümumi sağlamlığa müsbət təsir göstərə bilər.