Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda Mətbuat Şurasına üzvlük məsələsi ətrafında müzakirə aparılıb və “Manset.az” saytı Şuraya üzv qəbul edilib. Bu zaman media orqanının Şuraya üzvlük parametrlərinə uyğun gəldikləri nəzərə alınıb. “Manset.az” saytının həmtəsisçiləri İH üzvlərinin prosedur qaydalara uyğun suallarını cavablandırıblar.
Daha sonra Şuranın sədri Rəşad Məcid və İdarə Heyətinin üzvləri ilə fotolar çəkdirilib.