Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik
Agentliyi (MKA) ilə Gürcüstan Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə
Agentliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.
Manset.az xəbər verir ki, görüş zamanı
iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi və potensial əməkdaşlıq
istiqamətləri müzakirə olunub. Tərəflər MİSP-ə qoşulma, birgə təlimlərin təşkili və təcrübə mübadiləsi
kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində
kibertəhlükəsizlik və rəqəmsal idarəetmə sahəsində təcrübə və biliklərin
paylaşılmasının hər iki qurum arasında əməkdaşlığın daha da inkişafına töhfə
verəcəyi vurğulanıb.