logo
logo logo
logo

Arxeoloji qazıntı zamanı Son tunc-İlk dəmir dövrünə aid qalıqlar tapıldı

20:50 - 20 Sentyabr 2026

Arxeoloji qazıntı zamanı Son tunc-İlk dəmir dövrünə aid qalıqlar tapıldı

Cəlilabadda, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar olunub.


Manset.az xəbər verir ki, diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.

"Muğan Tunc-İlk Dəmir dövrü arxeoloji ekspedisiyası"nın rəhbəri, dosent Anar Ağalarzadənin sözlərinə görə, uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib.

Tapıntıların Son Tunc – İlk Dəmir dövründə istifadə edildiyi ehtimal olunur.

Qazıntı işləri davam etdirilir. Araşdırmalar zamanı yaşayış məskəninin tarixi və burada yaşayan insanların məişəti ilə bağlı daha geniş məlumat verə biləcək yeni nümunələrin aşkar olunacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az