Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) bu həftə dərslər onlayn rejimdə keçiriləcək.
Manset.az Yeni Sabah-a istinadən xəbər verir ki, qərar Formula 1 Bakı Qran Prisi ilə əlaqədar qəbul edilib.
Belə ki, yarışla əlaqədar Bakıda bir sıra ərazilərdə hərəkət məhdudiyyətlərinin tətbiq olunması nəzərə alınaraq, universitetlərdə tədrisin onlayn formatda təşkilinə qərar verilib.