logo
logo logo
logo

“Almaniya kəşfiyyatının eks-rəhbəri ilə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur” - AnewZ

16:53 - 07 Oktyabr 2026

“Almaniya kəşfiyyatının eks-rəhbəri ilə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur” - AnewZ

“Almaniya kəşfiyyatının keçmiş rəhbəri Avqust Hanninqlə bağlı istintaqın Azərbaycanla əlaqəsi yoxdur”.


Manset.az xəbər verir ki, bu barədə “AnewZ”a məlumatlı mənbələrdən bildirilib. 

Mənbələrin sözlərinə görə, Almaniyanın kəşfiyyat orqanları Azərbaycan tərəfinə işin digər ölkələrlə bağlı olduğunu bildiriblər.

Onlar həmçinin qeyd ediblər ki, A.Hanninq əldə etdiyi iddia olunan məxfi materiallardan özü analitik hesabatlar hazırlamaq üçün istifadə edib və həmin materialları üçüncü tərəflərə ötürməyib.

Almaniya prokurorluğu işdə adı keçən xarici kəşfiyyat xidmətlərinin və ölkələrin adlarını ictimaiyyətə açıqlamayıb. 

Xatırladaq ki, Media və Yayım Şurası məsələ ilə bağlı açıqlama yayaraq Azərbaycanı bu işlə əlaqələndirən məlumatları dezinformasiya adlandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az