Dövlət Statistika Komitəsinin (DSK) sədri Azər Mursaqulova yeni müavin təyin edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə DSK-nın Aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev təyinat alıb.
Qeyd edək ki, Səbuhi Əliyev 14 aprel 2026-cı ildə DSK sədrinin müşaviri, avqustun 24-də isə DSK-nın Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu. O, hazırkı vəzifəsində işdən çıxarılan Yusif Yusifovu əvəz edib.