logo
logo logo
logo

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

08:21 - 12 Oktyabr 2026

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş.

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir.

Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.

Məlumata görə, Məzahir Məcdunovun Sumqayıt şəhəri, Yaşma bağları massivində fermer təsərrüfatı var imiş. O, ötən gün fermaya heyvanlara baxmağa gəlib və axşam çobanların yanında qalıb. Səhər saatlarında fermer təsərrüfatının həyətindəki hamamda yuyunan Məzahir dəm qazından boğulub. Onun meyitini çobanlar hamamda aşkarlayıblar.

Faktla bağlı araşdırmalar davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az