Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir.
Manset.az xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər.
Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəli sürür.
DTX xəbərdarlıq edir!
Bu peşəkar şəkildə qurulmuş kiberdələduzluqdur. Yuxarıda qeyd olunduğu formada mesaj alan şəxs dərhal əlaqəni kəsməli və hüquq-mühafizə orqanlarına xəbər verməlidir.
Sizi aldatmaq istəyirlər, aldanmayın!