Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlara HÖKM OXUNDU

11:28 - 27 May 2022

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlara HÖKM OXUNDU

Bu ilin yanvar ayında Səbail rayonu ərazisində Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyən şəxslərə hökm oxunub.

 

Manset.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi heykələ zərər vuran Vüqar Tağızadəyə 1 il 6 ay, Allahverdi Məmmədliyə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılandan sonra 1991-ci il təvəllüdlü V.Tağızadə və 1996-cı il təvəllüdlü A.Məmmədli müəyyən olunaraq saxlanılmışdı.

Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az