Bakı-London reysinin uçuş cədvəli dəyişdi

16:05 - 16 İyul 2022

Bakı-London reysinin uçuş cədvəli dəyişdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Böyük Britaniyanın paytaxtı Londonun “Hitrou” hava limanındakı (LHR) məhdudiyyətlərlə əlaqədar Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edib.

 

Bu barədə Manseet.az-a AZAL-dan məlumat verilib.

Bildirilib ki, Bakıdan Londona uçuş saat 11:55-də, Londondan Bakıya uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin [email protected] ünvanına müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az