Koronavirusa yoluxanların sayı AÇIQLANDI

16:44 - 16 İyul 2022

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 151 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 961 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 714 nəfərdir.

Ölkədə son sutka ərzində 2 487, hazırkı dövrədək isə 6 999 322 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az