Sabah hava necə olacaq?

12:26 - 17 İyul 2022

Sabah hava necə olacaq?

Sabahın hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az