Kapital Bank 2022-ci ilin II rübünün nəticələrini elan etdi

11:12 - 19 İyul 2022

Kapital Bank 2022-ci ilin II rübünün nəticələrini elan etdi

Kapital Bank-ın aktivləri 1 iyul 2022-ci il tarixinə 7,6 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,1 milyard manat olub.

 

Manset.az xəbər verir ki, Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2022-ci il tarixinə 6,1 milyard manat olub.

Bankın 1 iyul 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 628 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az