Bakıda özünü binadan atan ana və övladının SON DURUMU AÇIQLANDI

12:46 - 19 İyul 2022

Bakıda özünü binadan atan ana və övladının SON DURUMU AÇIQLANDI

Bakıda intihara cəhd edən ana və övladının son durumu açıqlanıb.

 

TƏBİB-dən Manset.az-a bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd olunub ki, hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə Yeni Yasamal yaşayış kompleksində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atıb. Nəticədə uşaqlardan biri hadisə yerində keçinib, ana və digər övladı isə xəstəxanaya yerləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az