Rəşad Nəbiyev OTIF-in Baş katibi ilə görüşdü

19:50 - 19 İyul 2022

Rəşad Nəbiyev OTIF-in Baş katibi ilə görüşdü

Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper ölkəmizə səfərə gəlib.

Manşet.az xəbər verir ki, səfər çərçivəsində Baş katib rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüş keçirib.

Görüşdə Azərbaycan – OTIF əməkdaşlığı, ölkəmizin nəqliyyat-tranzit imkanları və dəmir yolu sahəsində həyata keçirilən islahatlar müzakirə olunub.

Qonağa Zəngəzur Dəhlizinin bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu xətti ilə bağlı məlumat verilib, layihənin regional əhəmiyyəti vurğulanıb.

Eyni zamanda görüşdə beynəlxalq dəhlizlərin inkişafına yönəlmiş beynəlxalq layihələrdə iştirak və regional əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, iyulun 20-də Baş katib Volfqanq Küpperin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, o cümlədən Horadiz – Ağbənd dəmir yolu xəttinin tikintisi ilə tanış olması nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az