Əhaliyə PİS XƏBƏR: Yeni koronavirus dalğası elan EDİLDİ

20:19 - 19 İyul 2022

Əhaliyə PİS XƏBƏR: Yeni koronavirus dalğası elan EDİLDİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib.

Manşet.az xəbər verir ki, bu barədə ÜST-ün saytında məlumat verilib.

“Aydındır ki, biz keçən yay ilə analoji vəziyyətdəyik. Sadəcə, bu dəfə davam edən COVID-19 dalğası “Omikron” ştammının subvariantlarından, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – deyə məlumatda qeyd edilir.

O, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. Klüge Avropa ölkələrini vaksinasiya və maska ​​taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az